16:10 - 10.10.2018
10 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ərzaq malları 2,5%, qeyri-ərzaq məhsulları 3%, əhaliyə göstərilən xidmətlər isə 2,5% bahalaşmışdır.
“Sentyabr ayında, avqust ilə müqayisədə mallar və xidmətlər 0,2%, o cümlədən, ərzaq məhsulları 0,4%, qeyri-ərzaq məhsulları 0,2%, xidmətlər 0,1% bahalaşıb”, - deyə Komitədən xəbər verildi.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026