10:41 - 10.10.2018
10 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,21 dollar (1,42%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 86,49 dollar təşkil edir.
9 oktyabr tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti 0,67 dollar (0,9%) yüksələrək bir barelə 74,96 dollar təşkil etmişdir.
9 oktyabr tarixində keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti 1,09 dollar (1,3%) yüksələrək bir barelə 85,0 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 10,04 dollar təşkil edir.