14:48 - 6.10.2025
6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1 019 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət Xidmətinin məlumatları əsasında aparılmış hesablamalarda öz əksini tapıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63 % çoxdur.
Təkcə sentyabrda isə 43 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 45 % azdır.
Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.