10:54 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Əvvəlki iki seansın nəticələrinə görə kəskin azalmadan sonra çərşənbə günü ticarətində etalon markaların qiyməti yüksəlir.
ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 10:37-ə olan məlumata görə 0,16 (0,24%) artaraq bir barel üçün 66,19-a yüksəlib. 30 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri 1,06 (1,58%) – bir barel üçün 66,03-a qədər ucuzlaşıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri saat 10:37-ə olan məlumata görə 0,16 (0,26%) artaraq bir barel üçün 62,53-a yüksəlib. 30 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri 1,08 (1,70%) – bir barel üçün 62,37-a düşüb.
2025-ci ilin sentyabr ayında Brent markalı neft 2,15%, WTI markalı neft isə 2,56% ucuzlaşıb.
8 Avqust 2026
8 Avqust 2026