17:30 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 593,752 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankın məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,2 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 28,2 % artaraq 427,189 milyon manata çatıb.
Beləliklə, 8 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 71,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 66,3 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub. © Report
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026