09:30 - 29.09.2025
26 sentyabr, Fineko/abc.az. Bazar ertəsi hərraclarda etalon markaların qiyməti aşağı düşür.
ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri saat 09:25-ə olan məlumata əsasən $0,39 (0,56%), bir barel üçün $68,83-a düşüb. Sentyabrın 26–da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,64 (0,93%) artaraq bir barel üçün $69,22-a çatıb.
Saat 09:25-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri $0,42 (0,64%) azalaraq bir barel üçün $65,30-a düşüb. Sentyabrın 26–da aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,74 (1,14%) artaraq bir barel üçün $65,72-a çatıb.
Ötən həftə Brent markalı neft 4,82%, WTI neft isə 4,85% bahalaşıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026