12:30 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Noyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
ABC.AZ quruma istinadən xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 62 min 610 manat olan 16 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.
12 Avqust 2026