16:54 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Nepalın Katmanduda yerləşən ən iri Tribhuvan Beynəlxalq Hava Limanı, hökumətin sosial medianı qadağan etməsindən sonra küçələrə çıxan minlərlə gəncin kütləvi etirazları səbəbindən bağlanıb.
ABC.AZ xəbər verir ki, orada qalan turistlərin göndərilməsi üçün Respublika Turizm Şurası, Turizm polisi ilə razılaşdırılaraq terminal və Katmandunün iri otelləri arasında pulsuz avtobuslarının işə salındığını elan edib. Qurum nümayəndələri də gəliş zonasında sərnişinlərə kömək edirlər.
Mülki Aviasiya İdarəsinin nümayəndələri yerli mediaya bildiriblər ki, hava limanı təhlükəsizlik vəziyyəti həll olunana qədər bağlı qalacaq.
30 İyul 2026
29 İyul 2026