15:39 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Türkiyə ilə müqayisədə malların yükləmə keyfiyyəti, rəsmiləşdirmə baxımından, daha sadə, keyfiyyətli və sürətlidir.
ABC.AZ xəbər verir ki, bunu Almaniyanın "CS Conti - Service Internationale Spedition GmbH" şirkətinin baş icraçı direktoru Aleksandr Şmidt bildirib.
Onun sözlərinə görə, son üç ildə Orta Dəhlizin fəaliyyəti istiqamətində çox böyük sıçrayışa nail olunub: "Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın sayəsində işlək dəhlizə çevrilib. Biz əsasən dəmir yolundan istifadə edirik. Belə ki, hazırda yüklərin 80 %-nin daşınması zamanı dəmir yolu şəbəkəsindən istifadə edirik".
A. Şmidt qeyd edib ki, Almaniya şirkətinin istifadə etdiyi marşrutlardan biri Orta Dəhlizdir: "Bu istiqamətdə yüklərimiz Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan vasitəsilə danışır. Bu məqamda qeyd etmək istərdim ki, hazırda Azərbaycan Türkiyə ilə müqayisədə malların yükləmə keyfiyyəti, rəsmiləşdirmə baxımından, daha sadə, keyfiyyətli və sürətlidir".
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026