12:18 - 9.09.2025
9 sentyabr, Fineko/abc.az. Hollandiyanın “Nebius Group” (keçmiş Yandex N. V.) şirkəti Amerikanın Microsoft korporasiyası ilə süni intellekt infrastrukturu sahəsində çox milyard dollarlıq müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
Razılaşma çərçivəsində Nebius, Microsoft-a GPU ilə təchiz edilmiş infrastruktur gücü təmin edəcək. Nebius-un bu ilin sonundan etibarən Microsoft-a Vinelanddakı yeni məlumat mərkəzində xüsusi güc verməyə başlayacağı gözlənilir.
Müqavilənin şərtlərinə görə, Nebius 2031-ci ilə qədər Microsoft-dan 17,4 milyard dollar alacaq, əlavə olaraq Microsoft Nebius xidmətlərini daha 2 milyard dollar həcmində almaq hüququnu da saxlayır. Nəşrin qeyd etdiyi kimi, Nebius səhmləri ABŞ-da NASDAQ birjasında əsas ticarət bağlanıqdan sonra 50% artımla reaksiya veriи. İlin əvvəlindən səhmlər təxminən 130% artıb.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026