10:08 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. Amerika Prezidenti Donald Tramp Qazaxıstana səfər edə biləcəyini deyib və bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə “əla söhbət” etdiyini bildirib.
ABC.AZ xəbər verir ki, Amerika lideri bu barədə Nyu-Yorkda keçirilən ABŞ Açıq Tennis Çempionatının finalına gedəndə Ağ Ev çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Mən bunu edə bilərəm”, – ABŞ Prezidenti Qazaxıstana səfər edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib. “Onunla əla söhbətim oldu”, – Tramp Tokayev barədə danışarkən əlavə edib. “Ona salamlarımı çatdırın. O, əla insandır”, – Amerika lideri vurğulayıb.
30 İyul 2026
29 İyul 2026