Tramp: Biz, Hindistan və Rusiyanı itirdik

15:11 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. ABŞ Hindistan və Rusiyanı "itirdi". 

ABC.AZ xəbər verir ki, bu sözləri Ağ Evin başçısı Donald Tramp Truth Social-da yazıb.

"Görünür, biz dərin, qaranlıq və sirli Çinə keçən Hindistanı və Rusiyanı itirdik. Birlikdə uzun və firavan bir gələcəyə sahib olsunlar!", — deyə Tramp social şəbəkəsində yazıb.