14:30 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Peru Azərbaycanla viza ləğvi sazişinin bütün pasport kateqoriyalarına şamil edilməsi təşəbbüsü ilə çıxış edib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru "Andina" informasiya agentliyinə müsahibəsində bildirib.
"2013-cü ildə biz Peru ilə diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzaladıq. İndi Peru bu sazişin bütün pasportlara şamil edilməsini təklif edib", - diplomat bildirib.
E.Məmmədovun sözlərinə görə, ölkələr arasında turist axınının inkişafı birbaşa hava əlaqəsinin və viza rejiminin olması kimi əsas amillərlə bağlıdır: "Əgər birbaşa uçuşlar varsa, hər iki istiqamətdə daha çox turist gözləmək olar. Hazırda birbaşa uçuşlar yoxdur. Vizalarla bağlı vəziyyət daha yaxşıdır: Peru vətəndaşları hava limanına gəldikdə viza ala bilərlər, proses sürətli və sadədir". (© Report)