ABŞ 2030-cu illərin əvvəllərində insanları Marsa göndərməyi planlaşdırır

17:11 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. ABŞ 2030-cu illərin əvvəllərində insanları Marsa göndərməyi planlaşdırır. Bu missiya səkkiz aydan çox çəkəcək.

ABC.AZ xəbər verir ki, bunu ABŞ nəqliyyat naziri və NASA rəhbəri vəzifəsini icra edən Şon Daffi Fox xəbər kanalına verdiyi müsahibədə deyib.

"30-cu illərin əvvəllərində Marsa çatmaq istəyirik və bu çox vacibdir... Bu missiya çərçivəsində, Marsa səkkiz aydan çox uçuş olacaq, sonra orada qalmalı və sonra geri qayıtmalı olacağıq", — deyə Daffi bildirib.