Azərbaycanın təkər istehsalçısı ləğv oluna bilər

16:13 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. Oktyabrın 22-də, saat 11:00-da “Azərşin”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin fəaliyyətinin dəyərləndirilməsi, fəaliyyətinin olmaması ilə bağlı ləğv edilməsinin müzakirə olunması, ləğvlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilməsi və səlahiyyətlərin verilməsi, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər məsələlər daxildir.

“Azərşin” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,789 milyon manatdır.