17:03 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 43 milyard 617,519 milyon manat təşkil edib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,5 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2 dəfə artaraq 19 829 olub.
BFB-nin dövriyyəsinin 76,5 %-i, yaxud 33 milyard 357,983 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 42,5 % çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 1,9 % azalaraq 4 milyard 710,456 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 13,5 % artaraq 1 milyard 549,08 milyon manat olub.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026