ŞƏT ölkələri təşkilatın İnkişaf Bankını təsis edəcəklər

10:22 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr ŞƏT İnkişaf Bankı yaratmaq qərarına gəliblər.

ABC.AZ xəbər verir ki, bu, ŞƏT-in Tianjin sammitindən sonra qəbul edilmiş Bəyannamədə deyilir.

"ŞƏT İnkişaf Bankının yaradılmasının vacibliyini təsdiqləyən maraqlı üzv dövlətlər onun təsis edilməsi və bu maliyyə institutunun fəaliyyət göstərməsi ilə bağlı bir sıra məsələlər üzrə məsləhətləşmələrin intensivləşdirilməsi barədə qərar qəbul ediblər”, - deyə sənəddə qeyd olunur.