15:08 - 29.08.2025
29 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 10,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə “İxrac icmalı”nın avqust sayında məlumat dərc olunub.
Sözügedən məlumatda qeyd edilib ki, hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 498,9 min ABŞ dolları ilə Nigeriya, 461 min ABŞ dolları ilə Türkiyə, 417,5 min ABŞ dolları ilə Misir qərarlaşıb.