“Nike” şirkəti buna görə ixtisara hazırlaşır

09:59 - 29.08.2025


29 avqust, Fineko/abc.az. “Nike” baş icraçı direktoru Elliot Hillin biznesi yenidən qurmaq və böyüməni bərpa etmək planları çərçivəsində daha bir ixtisar mərhələsinə hazırlaşır.

ABC.AZ CNBC-yə istinadən xəbər verir ki, bu dəfə ixtisarlar şirkətin korporativ heyətinin 1%-dən azına təsir edəcək. “Nike” bildirib ki, EMEA və “Converse” bölmələri prosesdən kənarda qalacaq.

“Hazırda “Nike” yenidən formalaşma mərhələsindədir. Məqsəd idman və idman mədəniyyətini yenidən mərkəzə qoymaq, idmançılar və istehlakçılarla daha dərin əlaqə qurmaq və yalnız “Nike”a məxsus məhsullar yaratmaqdır”- deyə, şirkət açıqlamasında qeyd edib.

Fevral ayında “Nike” daha geniş restrukturizasiya çərçivəsində 2% və ya 1 500-dən çox əməkdaşını ixtisar etmişdi. Hill isə yeni mərhələdə komanda strukturlarını dəyişərək şirkəti idman və mədəniyyətə fokuslamağı hədəfləyir.