“ChatGPT” buna görə yenilənəcək

14:38 - 27.08.2025


27 avqust, Fineko/abc.az. “OpenAI” 16 yaşlı yeniyetmənin intiharı ilə bağlı valideynlərin iddiasından sonra “ChatGPT”ni yeniləməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg"də məqalə dərc edilib. Nüfuzlu orqanın məqaləsində qeyd edilib ki, valideynlərin iddiasına görə, övladları çat-botdan “məşqçi” kimi istifadə edirmiş.

Şirkət istifadəçilərin psixi gərginliyini daha yaxşı tanımaq, intihar mövzularında təhlükəsizlik tədbirlərini gücləndirmək və uşaqların “ChatGPT” istifadəsinə valideyn nəzarəti tətbiq etmək niyyətindədir. İntihar fikirləri bildirən istifadəçilərə peşəkar yardım və təcili dəstək xidmətlərinin əlaqə məlumatları təqdim olunacaq.

“OpenAI”-dan bildirilib ki, “ChatGPT”də istifadəçiləri təhlükəli hərəkətlərdən çəkindirmək üçün alqoritmlər mövcuddur, lakin uzun müddətli ünsiyyət zamanı cavablar səhv ola bilər.