Ukrayna Litva ilə birgə silah istehsalı haqqında saziş imzalayıb

16:38 - 25.08.2025


25 avqust, Fineko/abc.az. Ukrayna Litva ilə hər iki ölkənin ərazisində müdafiə məhsullarının birgə istehsalı barədə razılığa gəlib. 

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib.

"Ukrayna və Litva hər iki ölkənin təhlükəsizliyini gücləndirmək üçün birgə müdafiə məhsulları istehsal edəcəklər. Biz, birgə istehsalların başlanmasına, o cümlədən uzun mənzilli dronların yaradılmasına diqqət yetiririk", — deyə o bildirib.

O əlavə edib ki, silah alınması və Ukrayna sənayesinin inkişafı üçün əlavə maliyyə cəlb etməyə diqqət yetirilir.