10:12 - 25.08.2025
25 avqust, Fineko/abc.az. Suriya kəskin dəyərdən düşmüş Suriya funtuna inamı bərpa etmək üçün, nominallardan iki sıfır çıxararaq yeni əskinaslar buraxmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, Reuters-in məlumatına görə, Mərkəzi Bank avqustun ortalarında kommersiya banklarına denominasiya planları barədə məlumat vermişdi. Daha sonra tənzimləyici bunun "iki sıfırın silinməsi"ni bildirmişdi. Suriya Mərkəzi Bankı və Maliyyə Nazirliyi rəsmi şərh verməkdən çəkinib.
Suriya funtunun alıcılıq qabiliyyəti ötən ilin dekabrında Bəşər Əsədin devrilməsi ilə nəticələnən 14 illik münaqişədən sonra çökmüşdü. Valyuta 2011-ci ildən etibarən dəyərinin 99%-dən çoxunu itirmişdi: hazırda məzənnə müharibədən əvvəlki 50-yə qarşı dollar başına 10 min funtdur. Kəskin devalvasiya gündəlik hesablamaları və köçürmələri çətinləşdirdi. Reuters qeyd edir ki, ailələr adətən həftəlik alış-verişi ən azı yarım kiloqrammlıq paketlərdə 5 min funtluq əskinaslarla ödəyirlər.
Məlumata görə, Suriya Rusiyanın "Qoznak" dövlət müəssisəsi ilə yeni əskinasların çapı barədə razılığa gəlib.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026