OpenAI Hindistanda ən ucuz ChatGPT abunəliyini təqdim edib 

12:20 - 19.08.2025


19 avqust, Fineko/abc.az. ABŞ-ın OpenAI şirkəti Hindistanda ChatGPT süni intellektlə işləyən çatbotdan istifadə etmək üçün ən ucuz abunəni istifadəyə verib. 

ABC.AZ xəbər verir ki, Hindistanda ChatGPT Go planının qiyməti ayda 4,6 dollar olacaq. Bu abunə ilə istifadəçilər pulsuz tariflə müqayisədə 10 qat daha çox sorğu və şəkil yarada biləcəklər.

Yeni abunə, Plus səviyyəli abunəliyin çox bahalı olduğu geniş bir auditoriya üçün nəzərdə tutulub. Belə bir abunə Hindistan sakinlərinə ayda təxminən 23 dollara başa gəlirdi.