10:57 - 15.08.2025
15 avqust, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbəti kupon ödənişləri olub.
Bu barədə ABC.AZ quruma istinadla xəbər verir.
Bildirilib ki, 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış ümumi məbləği 50 milyon ABŞ dolları həcmində olan istiqrazlar sahiblərinə 1,5 milyon ABŞ dolları qazandırıb.
"Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb.
İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib",- deyə əlavə edilib.
27 İyul 2026