PAŞA Bankın  istiqrazlarına  65 investor maraq göstərib

10:40 - 15.08.2025


15 avqust, Fineko/abc.az. 25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, "PAŞA BANK" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14 avqust 2025-ci il tarixində baş tutub. Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2006006624 olan istiqrazların  ilkin ticarət qiyməti 1 000 AZN,sayı 40 min ədəd, kupon faizi 10.5%, tədavül müddəti 12 aydır. Ödəmə periodu isə, ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Bankın 40 milyon manatlıq istiqrazlarına 2 dəfədən çox -  90 milyon 121 min manatlıq cəmi sifariş olub. Abunə yazılışında 65 investor 74 sifariş ilə iştirak edib. 54 investorun 54 sifarişi icra edilib. İstiqrazların tam məbləği abunə yazılışı üsulu ilə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.