10:56 - 12.08.2025
12 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp Çin üçün tariflərin dayandırılmasını daha 90 gün uzadıb.
ABC.AZ xəbər verir ki, bu barədə Tramp sərəncam imzalayıb.
Əvvəl qoyulmuş son tarix avqustun 12-si bitməli idi. Bu müddətin iki ölkə arasında bəzi fikir ayrılıqlarını həll etmək üçün vaxt qazanmaq məqsədilə verildiyi ehtimal edilir.