GPT-5 istifadəyə verildi

12:36 - 8.08.2025


8 avqust, Fineko/abc.az. ABŞ-lı süni intellekt şirkəti OpenAI, süni intellekt modelinin yeni və ən inkişaf etmiş versiyası olan GPT-5-i təqdim edib.

ABC.AZ xəbər verir ki, OpenAI-dan verilən açıqlamada, GPT-5-in şirkətin indiyədəkki ən ağıllı, sürətli və istifadəyə yararlı süni intellekt modeli olduğu bildirilib.

Açıqlamada, GPT-5-in əvvəlki modellərlə müqayisədə zəka baxımından böyük bir sıçrayış təqdim etdiyi, proqram təminatı, riyaziyyat, yazı, səhiyyə, vizual qavrayış və daha bir çox sahədə son texnologiya performansı göstərdiyi vurğulanıb.

GPT-5-in bütün istifadəçilərə təqdim olunduğu, “Plus” abunəçilərinin daha çox istifadə haqqına sahib olacağı, “Pro” abunəçilərinin isə daha geniş və dəqiq cavablar üçün inkişaf etmiş məntiqi düşünmə qabiliyyətinə malik “GPT-5 Pro” versiyasına çıxış əldə edəcəyi qeyd olunub. (C) Marja