Maliyyə Nazirliyi daha bir depozit hərracı keçirib

17:31 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 450 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin üç bankında 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.