15:44 - 31.07.2025
31 iyul, Fineko/abc.az. 2025-ci ilin ilk yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrə turizm məqsədilə səfərlərinin ümumi sayı 601 min nəfər olub.
ABC.AZ xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% azalma deməkdir.
Ən çox səfər edilən ölkə Türkiyə olub – 216,619 nəfər, bu isə ötən illə müqayisədə 3.4% azalma deməkdir. Rusiyaya səfərlər 32.4% azalaraq 108,762 nəfərə düşüb. Əvəzində BƏƏ (14.7%), Gürcüstan (34.5%), Misir (120.6%) və İsrailə (332.5%) səfərlərdə əhəmiyyətli artımlar qeydə alınıb.
Ən kəskin azalma isə İraqa (-76.5%) və İsveçrəyə (-45%) səfərlərdə müşahidə olunub.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026