14:49 - 31.07.2025
31 iyul, Fineko/abc.az. İranın xarici işlər naziri Abbas Əraqçi, ölkəsinin liderinin hər hansı bir kütləvi qırğın silahına sahib olmağı qadağan edən fətvasına riayət etməsinə baxmayaraq, hələ də uranı zənginləşdirə biləcəyini deyib.
ABC.AZ xəbər verir ki, Əraqçi bu açıqlamanı Financial Times (FT) ilə son müsahibəsində edib.
O, "danışıqlara aparan yolun çətin və keşməkeşli" olduğunu vurğulayıb və müharibədən sonra diplomatik münasibətlərin bərpası üçün şərtləri açıqlayıb.
İslam Respublikasının Xarici İşlər naziri bildirib ki, ABŞ İrana ötən ay müharibə zamanı dəymiş zərərləri ödəməyə razı olmalıdır, Tehran isə mövqeyini sərtləşdirir və Tramp administrasiyası ilə nüvə danışıqlarının bərpası üçün yeni şərtlər irəli sürür.
Nazir deyib ki, İran, İsraillə 12 günlük münaqişədən sonra, ABŞ-la danışıqlar apardığına baxmayaraq, qısa müddətlik bu münaqişəyə qoşulan ABŞ-ın iştirakına baxmayaraq, “işlərin adi qaydada gedişatına” razılaşmayacaq.