10:44 - 30.07.2025
30 iyul, Fineko/abc.az. Steam-də mövcud olan Chemia oyunu “Trojan” imiş — ona eyni anda üç virus-Hijack Loader, Fickle Stealer və Vidar Stealer daxil edilib.
ABC.AZ xəbər verir ki, bu zərərli proqram parolları, brauzerlərdən məlumatları və MetaMask daxil olmaqla elektron pulqabılardan seed-ifadələrini oğurlayır.
Hücumun arxasında EncryptHub qrupu (Larva-208 olaraq da tanınır) dayanır.
Steam artıq oyunu silib, lakin bu birinci dəfə deyil: bundan qabaq da təcavüzkarlar Sniper-dən — Phantom's Resolution və PirateFi istifadə etmişdirlər.