09:39 - 29.07.2025
29 iyul, Fineko/abc.az. Etalon markaların qiyməti dünənki artımdan sonra çərşənbə axşamı keçirilən hərracda bir qədər azalır.
Saat 09:35-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti $0,10 (0,14%), bir barelə $69,94-a düşüb. İyulun 28 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri $1,60 (2,34%) artaraq bir barel üçün $70,04-a çatıb.
Saat 09:35-ə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin sentyabr fyuçersləri $0,13 (0,19%) azalaraq bir barel üçün $66,58-a düşüb. İyulun 28 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $1,55 (2,38%) artaraq bir barel üçün $66,71-a çatıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026