Microsoft Windows-un ən etibarlı versiyasını açıqlayıb

14:22 - 25.07.2025


25 iyul, Fineko/abc.az. Microsoft məlumatına görə, Windows 11 24H2 versiyası şirkət tarixində ən etibarlı əməliyyat sistemi oldu.

ABC.AZ xəbər verir ki, əvvəlki stabil 10 22H2 versiyası ilə müqayisədə yenidən yükləmə xətaların sayı 24% azalıb və "mavi ölüm ekranı" (BSoD) görüntüsünün müddəti 40 saniyədən 2 saniyəyə qədər azalıb. Yeniləməyə səs nəzarəti də daxil olmaqla AI xüsusiyyətlərini daxil edilib.