11:22 - 25.07.2025
25 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 36 milyard 855,9 milyon manatlıq əməliyyat aparılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilb. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98 % və yaxud təxminən 2 dəfə çoxdur.
Yarımillik göstəricinin 3 072 milyon manatlıq hissəsi ilkin bazarda (28,2 % az), 33 milyard 783,9 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 15 920 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. Əqdlərin 1 494-ü ilkin bazarın (26,4 % çox), 14 426-sı isə təkrar bazarın (2,3 dəfə çox) payına düşüb.
27 İyul 2026
28 İyul 2026