15:44 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Azərbaycanda bir neçə beynəlxalq şirkət elektron qaydada Dövlət Vergi Xidmətinin portalında vergi uçotuna alınıb.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, Niderlandın “Elsevier BV”, eləcə də ABŞ-ın “Match Group” şirkətlər qrupuna daxil olan 2 şirkətin Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatı bu il iyulun 1-dən qüvvəyə minib.
Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkətlər tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.
“Elsevier BV” elmi nəşriyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət, əsasən elmi, texniki və tibbi sahələr üzrə akademik jurnalların, kitabların və rəqəmsal resursların nəşri ilə məşğuldur. O, Niderland Krallığında qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir.
“Match Group” şirkətlər qrupuna daxil olan digər 2 şirkət isə dünyanın bir çox ölkəsində milyonlarla istifadəçiyə xidmət göstərir və sosial platformalar arasında liderlər sırasındadır.
27 İyul 2026