11:50 - 21.07.2025
21 iyul, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə 21 milyard 2,767 milyon manat təşkil edib.
ABC.AZ "Report"a istinadla xəbər verir ki, Fondun illik hesabatına əsasən bu, ötən il yanvarın 1-i ilə müqayisədə 83 % çoxdur.
İl ərzində qızıl külçələrin qurumun aktivlərindəki payı isə 12 %-dən 20,5 %-ə yüksəlib.
"2024-cü ilin oktyabr ayında Fond öz investisiya portfelinə geosiyasi risklərin və dəyişən bazar tendensiyalarının mənfi təsirlərini azaltmaq, həmçinin portfelin diversifikasiyasını artırmaq məqsədilə qızıla investisiyanı davam etdirmək qərarı verib. 2025-ci maliyyə ilinin əvvəlindən hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının təsdiqləndiyi tarixə qədər 989 min troy unsiyası qızıl alınıb", - deyə hesabatda qeyd olunub.
27 İyul 2026