Rusiyada dünyada ilk dövlətlərarası kanat yolu açılacaq

16:53 - 16.07.2025


16 iyul, Fineko/abc.az. Blaqoveşensk (Rusiya) və Heihe (Çin) şəhərlərini birləşdirən transsərhəd kanat yolu 2026-cı ilin yazında fəaliyyətə başlayacaq. Marşrutun uzunluğu 976 metr, hündürlüyü isə 70 metr olacaq. 

ABC.AZ xəbər verir ki, sərnişinlər şəhərlər arasındakı məsafəni 2,5 dəqiqə ərzində qət edə biləcəklər. Marşrutun çox hissəsi Amur çayı üzərindən keçəcək.
Kanat yolu hər istiqamətdə gündə 6,8 min nəfər daşıya bilən iki kabinli iki xəttdən ibarət olacaq. Layihənin dəyəri təxminən 16 milyard rubl təşkil edir.
Həmçinin, sərhədi rahat keçmək üçün terminalları olan Rusiya və Çin stansiyaları da tikiləcək.