Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

14:35 - 16.07.2025


16 iyul, Fineko/abc.az. Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

ABC.AZ xəbər verir ki, iyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Dövlət başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.