Türkiyəli deputat: "Akkuyu" AES sayəsində Rusiya investisiyalarının həcmi 39-40 milyard dolları ötəcək

12:11 - 11.07.2025


11 iyul, Fineko/abc.az. "Akkuyu" AES-in tikintisi başa çatdıqdan sonra Rusiyanın Türkiyəyə yatırdığı investisiyaların ümumi həcmi 39-40 milyard dolları ötəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə parlamentinin beynəlxalq məsələlər üzrə Komissiyasının sədri Fuat Oktay Ankarada səfərdə olan Dövlət Dumasının (RF) beynəlxalq məsələlər komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski ilə görüşdə bildirib.

O, həmçinin qeyd edib ki, "Türkiyənin podratçı şirkətləri Rusiyada 100 milyard dollardan çox məbləğdə müqavilə bağlayıblar".

"Bu gün bu layihələri növbəti səviyyəyə qaldırmaq üçün başqa nə edilə biləcəyini qiymətləndirəcəyik", — deyə Oktay bildirib.