12:08 - 10.07.2025
10 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlardan sonra "tet-a-tet" formatında görüş keçirirlər.
ABC.AZ xəbər verir ki, "təkbətək" formatında təmaslardan əvvəl nümayəndə heyətlərinin iştirakı ilə məsləhətləşmələr təxminən iki saat davam edib.
Görüşün əsas mövzusu sülh sazişi ətrafında mövcud olan ziddiyyətlərin aradan qaldırılması və ilin sonunadək sənədin imzalanmasına nail olunmasıdır.
Martın 13-də Ermənistan XİN Azərbaycanla sülh müqaviləsinin mətninin hər iki tərəf tərəfindən razılaşdırıldığını və İrəvanın sənədin imzalanacağı yer və tarixlə bağlı təklifləri müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirmişdir ki, sazişin bağlanması bir sıra şərtlər yerinə yetirildikdə, o cümlədən sərhəddə atəşin dayandırılması və Ermənistan Konstitusiyasına Bakı ilə bağlı ərazi iddialarını istisna edən dəyişikliklərin edilməsi təqdirdə mümkündür.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026