16:49 - 7.07.2025
7 iyul, Fineko/abc.az. Kənd təsərrüfatı sahəsində qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan siyahıyaalınma ölkəmizdə cari il iyul ayının 15-dən avqustun 15-dək keçiriləcək.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, dövlət müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində Azərbaycanın kənd təsərrüfatı uğurlu inkişaf yolu keçmiş, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı xeyli artmış, əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin olunub.
On ildən bir aparılan siyahıyaalma ilə ölkəmizin tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaq.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026