Azərbaycan nefti bahalaşıb

10:09 - 3.07.2025


3 iyul, Fineko/abc.az.  Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,51 % artaraq 73,61 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.