18:05 - 2.07.2025
2 iyul, Fineko/abc.az. Apple, ortağı Foxconn'un Hindistan zavodlarından çox sayda mühəndisin gözlənilməz axını ilə qarşılaşıb, bu isə yeni iPhone 17 istehsalında gecikmələrə səbəb ola bilər.
ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, son iki ayda təxminən 300 Çinli mühəndis Hindistanın Foxconn zavodlarını tərk edib.
Qeyd olunur ki, bu mütəxəssislər istehsalın təşkili ilə məşğul idilər və indi bir çox xəttdə iPhone-un yığılmasına rəhbərlik edəcək heç kim yoxdur. Foxconn-un işçilərin geri çağırılması qərarı, Apple-ın iPhone 17-nin payız buraxılışından əvvəl istehsalını artırmağa başladığı kritik bir anda qəbul edilib.