Kreml: KTMT-nin üzvü olmaq Ermənistana sərf edir

14:43 - 30.06.2025


30 iyun, Fineko/abc.az. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz effektivliyini sübut edib, ona üzv olmaq Ermənistana sərf edir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 30-da brifinqdə bildirib.

Peskov xatırladıb ki, KTMT son vaxtlar öz effektivliyini dəfələrlə göstərib. Məhz bu nümunələr göstərir ki, təşkilat üzvlərinin maraqları onun tərkibində olmağa və qarşılıqlı əlaqədə olmağa davam etməkdir.

Mətbuat katibi Ermənistanın qərarlarının suveren olduğunu vurğulayıb. Moskva deyir ki, İrəvan müqavilədən çıxmayıb, KTMT-də iştirakın bərpası ilə bağlı Ermənistandan qərar gözləyir.