12:18 - 30.06.2025
30 iyun Fineko/abc.az. Cari ilin l rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 17,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,6 % azdır.
Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,9 %-dən 5,5 %-ə düşüb.
Rüb ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 110,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 42,1 % azdır.
Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,6 %-dən 7,3 %-ə düşüb.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026