Amerika hedcinq fondları özəl kredit bazarına aktiv şəkildə daxil olur

12:16 - 30.06.2025


30 iyun, Fineko/abc.az. Millennium, Point 72 və Third Point özəl kredit bazarını inkişaf etdirməyə, biznesi şaxələndirməyə və Apollo və Brookfield kimi nəhənglərlə rəqabətə keçməyə başlayıblar. 

ABC.AZ xəbər verir ki, iyul ayında 20 milyard dollarlıq aktivi olan Third Point, Private Capital Partners birbaşa kredit Fondunu işə salacaq, Millennium isə, likvid olmayan aktivlərə investisiya qoymaq üçün son 30 ildə ilk yeni fond aça bilər.

Point 72, kredit strategiyasına başlamaq üçün Carlyle, Blackstone və Brookfield-dən top menecerlər qrupunu işə götürüb. Moody's özəl kredit bazarının 2028-ci ilə qədər 3 trilyon dollara qədər artacağını gözləyir.