Almaniyada pərakəndə satışlar may ayında gözlənilmədən 1,6% azalıb

11:31 - 30.06.2025


30 iyun, Fineko/abc.az. Almaniyada pərakəndə satışlar may ayında əvvəlki aya nisbətən 1,6% azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Federal Statistika Agentliyi (Destatis) məlumat verib.

Trading Economics-ə görə analitiklər orta hesabla 0,5% artım proqnozlaşdırdılar.

Yenidən baxılmış məlumatlara görə, aprel ayında pərakəndə satışlarda azalma daha əvvəl bildirildiyi kimi 1,1% deyil 0,6% təşkil edib.

Almaniyada ərzaq pərakəndə satış şirkətlərinin satışları ötən ay 1,3%, qeyri-ərzaq mağazalarının satışları isə 2,2% azalıb. Elektron ticarət və poçt sifarişlərində satışlar 1,4% azalıb.

Almaniyada pərakəndə satış may ayında əvvəlki ilin eyni ayına nisbətən 1,6% artıb. Mütəxəssislər orta hesabla 3,3% artım gözləyirdilər.
Aprel ayında illik satış artımı daha əvvəl bildirildiyi kimi 2,3% deyil, 2,9% təşkil edib.