17:01 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Rusiyanın Dövlət Duması ölkədə milli çoxfunksiyalı informasiya mübadiləsi xidmətinin yaradılması haqqında qanun qəbul edib.
ABC.AZ xəbər verir ki, platforma messencer funksiyalarını və dövlət xidmətlərinin göstərilməsinə yönəlmiş xidmətləri birləşdirəcəkdir. Belə bir xidmət Rusiyada Telegram-a alternativ olan Max messenceri olacaq.