15:49 - 5.06.2025
5 iyun, Fineko/abc.az. Rusiya Baş Prokurorluğu Almaniyanın Höte İnstitutunun analoqu olan Britaniya Şurası (The British Council) təşkilatını "arzuolunmaz təşkilat" elan edib.
"British Council, təhsil və mədəni fəaliyyətin arxasında gizlənərək, ingilis dilinin tədrisi bəhanəsi ilə təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində uzunmüddətli İngilis maraqlarını və dəyərlərini təbliğ edir", — Rusiya Federasiyası Baş Prokurorluğunun saytında 5 iyun cümə axşamı günü yayımlanan açıqlamada deyilir.