15:12 - 3.06.2025
3 iyun, Fineko/abc.az. “Toyota Industries” özəl şirkətə çevriləcək — səhmlər bazardan “Toyota Fudosan” inkişaf şirkətinin tender təklifi vasitəsilə geri alınacaq.
ABC.AZ xəbər verir ki, satıcılar Toyota Motor, Denso, Aisin və Toyota Tsusho olacaq. Əməliyyatın ümumi məbləği 4,7 trilyon yen (32,9 milyard dollar) təşkil edə bilər.
Satınalma üçün Toyota Motor və Toyota Motor korporasiyasının direktorlar şurasının sədri Akio Toyodanın investisiyaları ilə holdinq yaradacaqlar. Hazırda “Toyota Motor” “Toyota Industries”-in 24,2%-nə, “Industries” özü isə “Toyota Motor”un təxminən 9%-nə sahibdir. Şirkətin səhmləri aprelin sonundan bəri 40% artıb.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026